İdman - Xəbər Al

Rafael Ağayev əməliyyat olundu - FOTO
Azərbaycan karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev 13-cü dəfə əməliyyat olunub.

Xeberal.com xəbər verir ki, bu barədə idmançı rəsmi "Instagram" hesabında paylaşım edib.

O, qeyd edib ki, 5-ci dəfə dizindən əməliyyat edilib.

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
Futzal üzrə Azərbaycan Kubokunun qalibi bu gün müəyyənləşəcək.

Xeberal.com xəbər verir ki, həlledici qarşılaşmada "Araz-Naxçıvan"la "Neftçi" İK üz-üzə gələcək.

Matç Bakı İdman Sarayında, saat 16:00-da start götürəcək.

Azərbaycan Kuboku

Final

21 may

16:00. "Araz-Naxçıvan" – "Neftçi İK"

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.

Ehtiyat hakim: İmran Məhərrəmov.

Hakim-inspektor: Əfqan Həmzəyev.

Bakı İdman Sarayı

İndiyədək "Neftçi" İK 7, "Araz-Naxçıvan" isə 6 dəfə ölkə kubokunun qalibi olub.

Xatırladaq ki, mayın 18-də bu komandalar arasında baş tutan Yüksək Liqanın həlledici matçında "Araz-Naxçıvan" 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.

Misli Premyer Liqasında XXXIII tura start verilir
Misli Premyer Liqasında sonuncu - XXXIII tura bu gün bir oyunla start veriləcək.

Xeberal.com xəbər verir ki, turun ilk matçında "Qəbələ" "Şamaxı" ilə üz-üzə gələcək.

Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 18:30-da start götürəcək.

Meydan sahibləri 24 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıb.

Tura mayın 24-də yekun vurulacaq.

Türkiyə klubu "Qarabağ"ın ulduzunu istəyir
"Qarabağ"ın futbolçusu Marko Yankoviç komandasını dəyişə bilər.

Xeberal.com xəbər verir ki, bu barədə idman jurnalisti Elçin Cəfərov məlumat yayıb.

Monteneqrolu yarımmüdafiəçi ilə Türkiyənin "Konyaspor" klubu yaxından maraqlanır. İddialara əsasən, Konya təmsilçisi hazırda Ağdam klubunda illik təxminən 60 min dollar qazanan futbolçuya 70-80 min dollar civarında maaş təklif edib.

Bildirilir ki, transfer baş tutacağı təqdirdə, "Qarabağ" klubu oyunçunun keçidi üçün təxminən 1 milyon dollar gəlir əldə edə bilər.

Qeyd edək ki, bununla bağlı hələlik klublar tərəfindən rəsmi açıqlama verilməyib.

"Qarabağ" artıq Avropa futbolunda təsadüfi iştirakçı deyil - Tahir Gözel
"Qarabağ" artıq Avropa futbolunda təsadüfi iştirakçı deyil.

Xeberal.com Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir, bunu adıçəkilən komandanın prezidenti Tahir Gözel klubun İdarə Heyətinin üzvləri, məşqçi və futbolçu heyəti ilə görüşü zamanı deyib.

Mövsümün yekunlarına həsr olunan tədbirdə çıxış edən klub rəhbəri "Qarabağ"ın tarixi uğura imza ataraq UEFA Çempionlar Liqasının pley-offuna qədər irəlilədiyini bildirib:

"Daha bir möhtəşəm mövsümün şahidi olduq. Azərbaycan xalqı, bütün futbol dünyası Avropa arenasında mükəmməl oyunlar sərgiləyən bir "Qarabağ" izlədi. Komandamız il ərzində Azərbaycan Premyer Liqasında yüksək səviyyəli və sabit çıxışı ilə çempionatın ön sıralarında qərarlaşdı, ölkə futbolundakı lider mövqeyini bir daha təsdiqlədi. Bununla yanaşı, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı layiqincə təmsil etdik. Komandamız UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi.

Bu mövsüm Çempionlar Liqasında yaşananlar isə Azərbaycan futbol tarixinin ən parlaq Avropa səhifələrindən biri kimi yadda qaldı. "Qarabağ"ın artıq Avropa futbolunda təsadüfi iştirakçı deyil, böyük rəqabətin real söz sahibi olduğunu bütün qitəyə nümayiş etdirdi. Bütün bunlar eyni zamanda Azərbaycan futbolunun beynəlxalq arenadakı nüfuzunun nümayişi idi. Bu uğurlu yolun formalaşmasında Qurban Qurbanovun rolu xüsusi qeyd olunmalıdır. O, "Qarabağ"ın yalnız baş məşqçisi deyil, həm də klubun futbol fəlsəfəsini formalaşdıran əsas memarlardan biridir".

O, transfer siyasəti və ümumi idarəetmə modelindən də bəhs edib:

"Biz hər zaman olduğu kimi səs-küylü addımlarla deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük verdik. Klubun maliyyə dayanıqlığının qorunması, uzunmüddətli inkişaf strategiyasının davamlılığı və sabit idarəetmə modeli bizim üçün əsas prioritetlər sırasındadır. "Qarabağ" uzun illərdir planlı inkişaf prinsipi əsasında idarə olunur və bu strateji xətt dəyişməyəcək. Akademiyamızın inkişafı istiqamətində də işlər ardıcıl şəkildə davam edir. Son illər aşağı yaş qruplarında qurulan sistem artıq öz bəhrəsini verməyə başlayıb.

Aşağı yaş komandalarımız həm ölkədaxili yarışlarda uğurlu nəticələr qazanır, həm də beynəlxalq turnirlərdə mühüm təcrübə toplayır. UEFA Gənclər Liqasında iştirakımız, Avropa səviyyəsində keçirdiyimiz oyunlar və futbolçularımızın beynəlxalq rəqabət mühitində formalaşması akademiyamız üçün olduqca vacib mərhələyə çevrilib. Bu turnirlər gənc oyunçularımızın inkişafına, onların peşəkar futbola daha sürətli uyğunlaşmasına və beynəlxalq futbol atmosferini dərindən hiss etmələrinə böyük töhfə verir. Bu gün əsas məqsədlərimizdən biri yalnız güclü əsas komanda formalaşdırmaq deyil, eyni zamanda "Qarabağ"ın futbol fəlsəfəsini gələcək nəsillərə ötürməkdir. İnanırıq ki, yaxın illərdə akademiyamızdan yetişən daha çox futbolçu həm əsas komandamızda və Azərbaycan millisində uğurla çıxış edəcək. Klub olaraq yerli futbolçuların inkişafına xüsusi önəm verir və bu istiqamətdə yatırımlarımızı və layihələrimizi ardıcıl şəkildə davam etdiririk".

Tahir Gözel gələcək mövsümə dair gözləntilərini də bölüşüb. O, "Qarabağ"ın qarşıdakı dövrdə də həm ölkə daxilində, həm də beynəlxalq arenada yüksək hədəflərlə çıxış edəcəyini bildirib:

"Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik. Komandanın gücləndirilməsi istiqamətində işlər davam edir və ilk transferimizi də uğurla reallaşdırmışıq. İnanıram ki, komandamıza qoşulacaq yeni futbolçular öz keyfiyyətləri, xarakterləri və peşəkarlıqları ilə "Qarabağ"ın oyun fəlsəfəsinə qısa zamanda uyğunlaşaraq klubumuza böyük fayda verəcəklər. Əminəm ki, qarşıdakı mövsüm "Qarabağ" üçün yeni uğurlar, yeni hədəflər və yeni tarixi anlarla yadda qalacaq. Biz hər zaman olduğu kimi böyük məsuliyyətlə çalışır, azarkeşlərimizə layiq komanda formalaşdırmaq üçün bütün gücümüzü ortaya qoyuruq.

"Qarabağ" olaraq hər il olduğu kimi, bu mövsüm də sabit inkişafı davam etdirmək, komanda oyununu daha da gücləndirmək, həm Premyer Liqada, həm də Avropa yarışlarında rəqabətədavamlı çıxış sərgiləməkdir. Avropa səhnəsində qazandığımız təcrübə bizə böyük üstünlük verir. "Qarabağ" yeni mövsümdə də Avropada Azərbaycanı layiqincə təmsil etməyə, rəqabətli və cəsarətli futbol sərgiləməyə davam edəcək. Məqsədimiz hər oyunda xarakterimizi göstərmək, mübarizə aparmaq, klubun və Azərbaycanın adını daha yüksək səviyyədə tanıtmaqdır".

Klub funksioneri komandanın bütün üzvlərinə və azarkeşlərinə təşəkkür edib:

"Bu mövsüm azarkeşlərimizin dəstəyi xüsusi qeyd olunmalıdır. Həm ölkədaxili oyunlarda, həm də Avropa səfərlərində tribunaları dolduran, komandamızı bir an belə yalnız buraxmayan azarkeşlərimiz bir daha "Qarabağ" ailəsinin gücünü göstərdilər. Bu mövsüm bir sıra azarkeş rekordlarına imza atılması da klubumuz üçün xüsusi qürur mənbəyi oldu. İnanıram ki, qarşıdakı mövsümdə də birlikdə yeni rekordlara və yeni uğurlara şahid olacağıq. Əminəm ki, azarkeşlərimiz Avropada da bizi yenə tək qoymayacaq və "Qarabağ"ın ən böyük güclərindən biri olaraq komandamızın yanında olacaqlar. Bir daha futbolçularımıza, məşqçilərimizə, əməkdaşlarımıza, tərəfdaşlarımıza və hər zaman tribunada bizimlə olan azarkeşlərimizə təşəkkür edirəm".

"Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
"Qarabağ" qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda olacaq.

Xeberal.com Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir, bunu adıçəkilən komandanın baş məşqçisi Qurban Qurbanov mövsümün yekunlarına həsr olunan tədbirdə deyib.

O, başa çatmaqda olan mövsüm barədə danışıb:

"Qarabağ"ın UEFA Çempionlar Liqasında qazandığı uğur, illərdir qitəmiqyaslı turnirlərdə göstərdiyi davamlı nəticələr futbolçuların cəsarətli oyunu və işgüzarlıqla əlaqələdir. Bu komandanın çəkisi çox ağırdır. Buradakı hər bir futbolçu, çalışan hər kəs bu klubun dəyərini bilməlidir, həm cəsarətli, həm dürüst, həm işgüzar olmalıdır. Klubumuz etibarlı əllərdədir. Çox yaxşı, sadə, işgüzar rəhbərlərimiz var. Futbolçulara təşəkkür edirəm, hər zaman yanlarındayam. Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq".

Tədbirin sonunda futbolçular çıxış edərək başa çatmaqda olan mövsümü dəyərləndirib və komandalarına yeni mövsümdə uğurlar arzulayıblar. Onlar hədəflərə çatmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

"Real"ın yeni məşqçisi o olacaq
Joze Mourinyo yenidən “Real Madrid”ə qayıtmaq üzrədir.

Xeberal.com xəbər verir ki, portuqaliyalı mütəxəssisin Madrid təmsilçisi ilə bütün əsas şərtlərdə razılıq əldə etdiyi bildirilir. Məlumata görə, tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşıb və hazırda yalnız yekun sənədlərin imzalanması gözlənilir. Bildirilir ki, “Real Madrid” rəhbərliyi Mourinyonun təcrübəsinə və böyük oyunlardakı idarəetmə bacarığına güvənir.

Qeyd edək ki, Joze Mourinyo daha əvvəl də “Real Madrid”də çalışıb və komanda ilə bir sıra uğurlara imza atıb.

FIFA-dan “Qarabağ" barədə qərar
FIFA-nın “Qarabağ”a tətbiq etdiyi transfer qadağası ləğv olunub. Ali futbol qurumu mayın 8-də qoyduğu “stop”u bu gün götürüb.

Xeberal.com xəbər verir ki, bu barədə “Sportinfo.az” məlumat yayıb.

FIFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoymuşdu. Lakin məlum olub ki, “Qarabağ”ın bu məsələ ilə bağlı problemi həllini tapıb. Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən “Neftçi” ilə eyni taleyi yaşayıb.

Sayt son olayla bağlı mühüm bilgi əldə edib. Alınan informasiyaya görə, “Qarabağ” Julio Romaoya görə bu vəziyyətlə üzləşib. Belə ki, braziliyalı yarımmüdafiəçini 2022-cü ilin yayında sıralarına qatan “köhlən atlar”dan FIFA-ya şikayət edən “Santa Klara” olub.

Portuqaliya klubu 2025-ci ilin yayında “Qarabağ”ın Romaonu “Ferentsvaroş”a göndərib, əvəzində Kadi Borgesi geri qaytardığı transfer əməliyyatına görə beynəlxalq quruma öz narazılığını bildirib. “Santa Klara” bu “dəyiş-düyüş”ə görə təzminat tələbi irəli sürüb.

Bu səbəbdən FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu “qırmızı siyahıya salıb”. Yalnız əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.

"Şəfa" I Liqada çempionluğu təmin etdi
Futbol üzrə Azərbaycan I Liqasında çempion müəyyənləşib.

Xeberal.com un məlumatına görə, "Şəfa" mövsümün sonuna 1 tur qalmış 1-ci yeri təmin edib.

Paytaxt təmsilçisi buna XXVI turda nail olub. "Şəfa" öz meydanında "Cəbrayıl"a qalib gəlib – 1:. Bununla da xallarının sayını 57-yə çatdıran Bakı klubu izləyiciləri üçün əlçatmaz olub. Bununla da "Şəfa" qızıl medalları və Premyer Liqaya vəsiqəni təmin edib.

İlk dəfə I Liqanın qalibi olan "Şəfa" əvvəllər Birinci dəstə və I Divizion adlarını da daşıyan turnirdə çempionluq yaşayan 27-ci komandadır. Bunadək 26 klub belə uğur əldə edib. "Araz Naxçıvan", MOİK, "Neftçala", "Qaradağ Lökbatan", "Qəbələ" və "Turan Tovuz" iki, digər komandaların bir qızıl medalı var.

Qeyd edək ki, 1993/1994 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/1998, 1998/1999, 2002/2003 mövsümlərində yarış keçirilməyib.

I Liqanın qalibləri:

1992. ANS Pivani (Bakı)

1993. Xəzri

1993/94. Azneftyağ və Zabrat

1994/95. Şəmkir

1995/96. Xəzər (Sumqayıt)

1996/97. Göyçay

1999/2000. Şahdağ (Quba)

2000/01. MOİK

2001/02. Lokomotiv

2003/04. Gənclərbirliyi

2004/05. Şüvəlan

2005/06. Qəbələ

2006/07. Masallı

2007/08. Bakılı

2008/09. ABN

2009/10. Kəpəz

2010/11. Abşeron

2011/12. Qaradağ Lökbatan

2012/13. Ağsu

2013/14. Araz Naxçıvan

2014/15. Neftçala

2015/16. Neftçala

2016/17. Turan Tovuz

2017/18. Xəzər (Bakı)

2018/19. MOİK

2019/20. Turan Tovuz

2020/21. Neftçi-2

2021/22. Qaradağ Lökbatan

2022/23. Araz Naxçıvan

2023/24. Şamaxı

2024/25. Qəbələ

2025/26. Şəfa

Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.

"Neftçi"nin apellyasiya şikayəti təmin edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin Misli Premyer Liqasının XXIII turunda baş tutan "Turan Tovuz"la matçla bağlı İntizam Komitəsinin qərarından şikayətini təmin etməyib.

Xeberal.com xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Klubun azarkeşləri tərəfindən təhqiredici pankart açılması səbəbindən martın 11-də paytaxt təmsilçisinin 15000 manat cərimələnməsi barədə çıxarılan qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, sözügedən qarşılaşma martın 9-da keçirilib.