Bir aydır su içində qalan ​Ramana sakinləri

    Kateqoriya: Cəmiyyət Tarix: 23-12-2024, 10:54 Baxılıb: 7

     

    Ramanı qəsəbəsinin sakinləri 1 aydır suyun içindədirlər. Küçədə uzunboğaz çəkməsiz hərəkət etmək mümkün deyil.

    Xeberal.com Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Sabunçu rayonu, Ramanı qəsəbəsi, 2-ci sahə, İstiqlal küçəsindən gedir.

    Sakinlər bildirirlər ki, 1 aydır vəziyyət belə davam edir. Hər dəfə qonşular pul yığıb yola qum tökdürürlər ki, suyun səviyyəsi aşağı düşsün.

    Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, mövcud vəziyyətin yaranmasına səbəb ərazidə kanalizasiya sisteminin olmamasıdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, həmin ərazidə mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkəsi yoxdur.

    Qrunt suları ətrafdakı kanala axır. Həmin kanal neft tullantılarının axıdılması üçün nəzərdə tutulub. Kanal dolduğuna görə qrunt suları ətrafa yayılır.

    Ətraflı süjetdə:

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.