"Azpetrol" və "Lukoil"də yoxlamalar başladı

    Kateqoriya: Cəmiyyət Tarix: 24-12-2024, 10:55 Baxılıb: 11

     

    Azərbaycanda yanacaqdoldurma məntəqələrində yoxlamalar aparılmasına başlanılıb.

    Metbuat.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, yoxlamalar müvafiq dövlət qurumları tərəfindən "Azpetrol", "Lukoil" və digər fərdi sahibkarlara məxsus yanacaqdoldurma məntəqələrində aparılır.

    Müvafiq qurumlar tərəfindən aparılan ilkin yoxlamalar zamanı bəzi yanacaqdoldurma məntəqələrində nöqsanlar aşkarlanır, həmin müəsissələrə qarşı cərimələr tətbiq edilir.

    Qeyd edək ki, Azərbaycanda və xüsusən bölgələrdə sürücülər sosial şəbəkələr, media vasitəsi ilə tez-tez yanacağın keyfiyyətinin aşağı olması, yanacağın bəzən az vurulması və digər məsələlərlə bağlı öz narazılıqlarını dilə gətirirlər.

    Son günlər sosial şəbəkələrdə sürücülər "Lukoil" yanacaqdoldurma məntəqəsində (YDM) avtomobillərə yanacaq vurulduqdan sonra çənlərində su yığılması ilə bağlı iddia səsləndiriblər.

    "Lukoil-Azərbaycan" QSC-nin Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev oxu.az açıqlamasında faktı təsdiqləyib. O, bunu çənlərin birində texniki qəza ilə əlaqələndirib.

    Onu da qeyd edək ki, bundan əvvəl Fövqəladə Hallar Nazirliyi iki rayonda yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediıb. Belə ki, Dövlət Yanğın Nəzarəti Xidməti Balakən rayonu, Poştbinə kəndində yerləşən "İFN" MMC-yə və Qax rayonu, Qorağan kəndində yerləşən, Quliyev Fərid Vaqif oğluna məxsus yanacaqdoldurma məntəqələrində keçirilən yoxlamalar keçirib. Hər iki yanacaqdoldurma məntəqəsində qanunsuluqlar aşkarlanıb və fəaliyyətləri dayandırlıb.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.