Müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya

    Kateqoriya: Gündəm Tarix: 20-12-2025, 14:52 Baxılıb: 17

     





    Hüseyn Quliyev Ziyad oğlu
    Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin rəisi

    Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, milli suverenliyin möhkəmləndirilməsi və humanist dəyərlərin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. “Konstitusiya və Suverenlik İli” münasibətilə dövlət başçısının amnistiya elan edilməsi təşəbbüsü də məhz bu siyasətin məntiqi davamı, hüquqi dövlətçilik və mərhəmət prinsiplərinin bariz nümunəsidir.
    Müstəqil Azərbaycan dövlətinin möhkəm bünövrəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində formalaşıb. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsaslarını müəyyənləşdirərək demokratik, hüquqi və dünyəvi dövlət modelinin əsasını qoyub. Bu möhkəm hüquqi təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl, qətiyyətli və uğurla davam etdirilir.
    Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Humanizm dövlət başçısının həyata keçirdiyi siyasətin əsas ideoloji sütunlarından biridir. Bu yanaşma cinayət-hüquq siyasətində də öz aydın əksini tapır. Cəzanın yalnız cəzalandırma deyil, eyni zamanda islah və tərbiyə məqsədi daşıması prinsipi ölkəmizdə hüquq sisteminin əsas istiqamətlərindən biri kimi formalaşıb.
    Suverenliyimizin tam bərpası, Konstitusiyanın ali hüquqi qüvvəsinin Azərbaycanın bütün ərazilərində təmin olunması xalqımızın əldə etdiyi ən böyük tarixi nailiyyətlərdəndir. Məhz bu mühüm tarixi mərhələ fonunda Prezident İlham Əliyev humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs azad ediləcək şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacağına və cəmiyyətin inkişafına töhfə verəcəyinə olan inamın ifadəsidir.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.