Bu ərazilərə köç karvanları yola salındı

    Kateqoriya: Cəmiyyət Tarix: 17-03-2026, 09:40 Baxılıb: 4

     

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Həsənriz, Xocavənd rayonunun Xocavənd, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Xeberal.com xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə - 13 nəfər, Aşağı Oratağ kəndinə 21 ailə - 108 nəfər, Heyvalı kəndinə 7 ailə - 34 nəfər, Çapar kəndinə 4 ailə - 17 nəfər, Həsənriz kəndinə 6 ailə - 29 nəfər, Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə - 36 nəfər, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə - 131 nəfər köçürülüb.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.