Bu şəxslər cərimlənə bilər

    Kateqoriya: Cəmiyyət Tarix: 5-04-2026, 13:05 Baxılıb: 4

     

    Skuter sürənlər də bəzi hallarda cərimələnəcəklər.

    Xeberal.com Xezerxeber.az-a istinadən xəbər verir ki, piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib.

    DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli “Xəzər Xəbər”ə bildirib ki, son dövrlərdə kiçik elektrik nəqliyyat vasitələrindən, xüsusilə skuterlərdən istifadə edən sürücülərin sayında artım müşahidə olunur. Belə nəqliyyat vasitələri səssiz və sürətli hərəkətinə görə piyadalar üçün daha çox risk hesab edilir.

    Nəqliyat eksperti Yasin Mustafayevin sözlərinə görə, sözügedən nəqliyyat vasitəsinə son illərdə marağın artması sevindirici haldır. Lakin qayda pozuntularının da artması özü ilə birlikdə qəza riskini də yüksəldə bilər.

    Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən kiçik elektik nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla, eyni zamanda, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etməsi qadağandır. Belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İXM-nin 338-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulub.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.