80 manat təqaüd alan veteranların sayı açıqlandı

    Kateqoriya: Cəmiyyət Tarix: 13-04-2026, 12:51 Baxılıb: 2

     

    Azərbaycanda 80 manat məbləğində aylıq Prezident təqaüdü verilən müharibə veteranlarının sayı məlum olub.

    Xeberal.com Trend-ə istinadən xəbər verir ki, 2026-cı ildə 182 961 veteran Prezident təqaüdü alır.

    Bu göstərici onu deməyə əsas verir ki, hər ay 14 636 880 manat vəsait müharibə iştirakçılarına sosial müavinət kimi ödənilir.

    Təqaüd alan veteranların sayı 2025-ci 184 696, 2024-cü ildə 183 967, 2023-cü ildə 182 176, 2022-ci ildə 95 417, 2021-ci ildə isə 94 915 olub. 2021-2025-ci illər arasında onların sayı 2 dəfəyədək artıb.

    Paytaxt rayonları arasında bölgü

    Bakı şəhəri üzrə hazırda 41 594 veterana təqaüd verilir. Bu say 2025-2021-ci illərdə müvafiq olaraq 42 037, 41 786, 41 321, 27 102, 27 077 olub. Cari ildə paytaxt üzrə ən yuxarı göstərici Xətai (5 331), ən aşağı rəqəm isə Pirallahı rayonunda (346) özünü göstərir.

     





    (Cədvəldə göstəricilər müvafiq olaraq 2021, 2022, 2023, 2024, 2025, 01.04.2025 və 2026 tarixlərini əks etdirir).

    Respublikanın rayonları arasında bölgü

    Ölkə üzrə ən çox təqaüd alan veteran Qazax-Tovuz iqtisadi rayonunda qeydiyyatdadır. Belə ki, hazırda bu bölgədə təqaüd alanların sayı 19 431-dir. Təqaüd alanların say azlığına görə seçilən bölgə isə Dağlıq Şirvan iqtisadi rayonudur. Burada hazırda 4 988 nəfərə təqaüd verilir.

    Təqüd alan sakinlərinin sayının çoxluğuna görə ilk sıralarda Sumqayıt (6 087) və Gəncə (6 085) şəhərləri yer alır. Bu mənada ən aşağı göstəricilər isə Sədərək (339) və Xızə (348) rayonlarındadır.

    Respublika üzrə müxtəlif illərdə neçə veterana təqaüd verilməsi ilə bağlı daha ətraflı məlumatla aşağıdakı statistik cədvəldən tanış ola bilərsiniz (Göstəricilər müvafiq olaraq 2021, 2022, 2023, 2024, 2025, 01.04.2025 və 2026 tarixlərini əks etdirir).

     


    Qeyd edək ki, 2023-cü ildən Respublikanın yekunlarına təqaüd alaraq ölkə xaricində yaşayan vətəndaşlar da daxil edilib. Xankəndi şəhəri üzrə göstəricilər məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayonların göstəricilərinə daxildir.


    Xatırladaq ki, Prezident İlham Əliyev 15 aprel 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub. Prezidentinin təqaüdü dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına nazirlik tərəfindən ödənilir.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.