Narkotik təsiri altında yük avtomobili idarə edən şəxs həbs edilib.
Xeberal.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bakı–Quba yolunun 129-cu kilometrliyində "DAF" markalı, 19 BX 609 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şivəxanov Azad Tahir oğlu elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə nəqliyyat vasitəsini təhlükəli vəziyyətdə geriyə hərəkət etdirərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Həmin qanunazidd hərəkətlər kameralar vasitəsilə aşkar olunub və nəqliyyat vasitəsi dərhal YPX əməkdaşları tərəfindən saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin çəkisinin normadan artıq olduğu, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.
Fakt üzrə müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə A. Şivəxanov 30 gün müddətində inzibati qaydada həbs edilib.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
20-12-2025, 14:52
15-12-2024, 12:14
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||