Bu rayonlara qatar yolu çəkilir

    Kateqoriya: Cəmiyyət Tarix: 9-05-2026, 11:14 Baxılıb: 3

     

    "Bu ilin sonuna qədər Ağdam-Xankəndi dəmir yolu xəttinin tamamlanması işləri nəzərdə tutulub. Bu, Bakı-Ağdam qatarının Bakı-Xankəndi qatarı ilə əvəzlənməsinə imkan verəcək".

    Xeberal.com xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a açıqlamasında deyib.

    "Burada bir məqamı diqqətə çatdırmaq istərdim ki, Bakıdan Ağdama qədər olan qatar reysini 32 kilometrlik Yevlax-Bərdə sahəsində 1960-cı illərin yolundan istifadə etməklə həyata keçiririk. Bu isə həm təhlükəsizlik, həm də komfort baxımından geri qalır. Ona görə artıq Yevlaxdan Bərdəyə qədər olan yolun tam müasirləşdirilməsinə başlayırıq ki, Ağdam-Xankəndi yolu hazır olduğu təqdirdə biz Bakıdan Xankəndiyə qədər sərnişinlərimizi daha rahat və təhlükəsiz şəkildə çatdıra bilək. Ona görə də bu aydan etibarən Bakı-Ağdam qatarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. İnfrastruktur quruculuğundan sonra yolun tam təhlükəsiz şəkildə istismara verilməsi nəzərdə tutulub.

    Bundan əlavə, şimal istiqamətində elektrik və işarəvermə işləri bitdikdən sonra sərnişindaşıma coğrafiyamızın regionlararası istiqamətdə daha da genişləndirilməsi üçün gündəlik qatar marşrutunun açılması, eləcə də Bakı-Xankəndi gündəlik qatar marşrutunun istifadəyə verilməsi və digər regionlar istiqamətində qatarların coğrafiyasının genişləndirilməsi, qatarların sayının artırılması nəzərdə tutulub", - deyə Rövşən Rüstəmov vurğulayıb.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.