WUF13 akkreditasiya kartları 14 mayda veriləcək

    Kateqoriya: Cəmiyyət Tarix: 14-05-2026, 10:11 Baxılıb: 1

     

    17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə 14 may tarixindən etibarən Akkreditasiya və Qeydiyyat Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılacaq.

    Xeberal.com xəbər verir ki, tədbirin keçirildiyi məkan - Bakı Olimpiya Stadionunda yerləşən mərkəz WUF13 iştirakçılarının qeydiyyatı, akkreditasiyası və məlumatlandırılması prosesinin vahid və operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

    Mərkəz 14–16 may tarixlərində saat 09:00–18:00, 17–21 may tarixlərində saat 07:00–18:00, 22 may tarixində isə saat 07:00–15:00 aralığında fəaliyyət göstərəcək.

    WUF13 iştirakçıları, rəsmi nümayəndələr və qonaqlar 14–22 may 2026-cı il tarixləri ərzində Akkreditasiya və Qeydiyyat Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçib akkreditasiya kartlarını əldə edə biləcəklər.

    Onlayn qeydiyyatdan keçmiş şəxslər WUF13 akkreditasiya kartlarını əldə etmək üçün elektron poçtlarına göndərilən unikal qeydiyyat nömrəsi ilə yanaşı, qeydiyyat zamanı istifadə etdikləri etibarlı şəxsiyyətini təsdiq edən sənədi də özləri ilə gətirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd, xarici ölkə vətəndaşları isə etibarlı pasport təqdim etməlidirlər.

    Bununla yanaşı, tədbir günlərində yerində qeydiyyat imkanı da yaradılacaq.

    Qeydiyyat prosesinin daha rahat və sürətli təşkili məqsədilə iştirakçılara əvvəlcədən onlayn qeydiyyatdan keçmələri tövsiyə olunur. Onlayn qeydiyyat BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təqdim edilən Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) -https://events.unhabitat.org - vasitəsilə həyata keçirilir və onlayn qeydiyyat üçün son tarix 15 may saat 18:00-dır.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.