Qobustanda magistral yolda çökmə oldu

    Kateqoriya: Cəmiyyət Tarix: 16-05-2026, 10:20 Baxılıb: 4

     

    Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Qobustan qəsəbəsindən keçən hissəsində çökmə baş verib.

    Xeberal.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

    Məlumata görə, hadisə Bakı istiqamətində yolun 55-ci kilometrliyində yerləşən kanal körpüsündə qeydə alınıb.

    Körpünün bir aşırım tirinin qırılması nəticəsində ərazidə çökmə yaranıb. Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb. Hazırda magistralın 54-cü kilometrindən 56-cı kilometrinədək hərəkət məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq qəsəbədaxili yan yola yönləndirilib.

    Bildirilib ki, əraziyə mütəxəssislər cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır, dəymiş zərərin məbləği müəyyənləşdirilir. Hazırlanacaq təkliflər aidiyyəti qurumlara təqdim ediləcək və qısa müddət ərzində bərpa işlərinə başlanılacaq.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.