"Böyük Qayıdış mənzil sektoruna təzyiqi azaldır" - Mikayıl Cabbarov

    Kateqoriya: Cəmiyyət Tarix: 20-05-2026, 11:27 Baxılıb: 2

     

    "Azərbaycanda 2020-ci ildən sonrakı dövr əsasən Böyük Qayıdış Proqramı ilə xarakterizə olunur və 30 ildən artıq müddətdə məcburi köçkün həyatı yaşamış minlərlə insanın doğma torpaqlarına qayıtması mənzil sektoruna təzyiqi azaldır".

    Xeberal.com xəbər verir ki, bu fikirləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən XIII Dünya Şəhərsalma Forumunun (WUF13) növbəti günündə “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” mövzusunda keçirilən dialoq sessiyasında deyib.

    Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın bu sahədə əsas dərsi problemin əvvəlcə rəsmi şəkildə tanınması, daha sonra siyasi, sosial və iqtisadi amillər nəzərə alınmaqla həll modelinin hazırlanması olub.

    O qeyd edib ki, uğurlu nəticə əldə etmək üçün yerli icmaların dəstəyi, hökumətin siyasi iradəsi və özəl sektorun iştirakı ilə işlək iqtisadi modelin qurulması vacibdir.

    Nazir əlavə edib ki, son illərdə çoxmənzilli yaşayış binalarının istismara qəbul prosedurları sadələşdirilib və əsas şəhərsalma tələblərinə cavab verən bəzi qeyri-rəsmi tikililər üçün amnistiya mexanizmləri tətbiq olunub.

    "Qanunsuz tikililərin leqallaşdırılması ehtiyatla aparılmalıdır. Çünki sadə amnistiya qısamüddətli sosial problemləri həll etsə də, gələcəkdə kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə, su ehtiyatlarına və kritik infrastruktur zonalarına təzyiqi artıra bilər".

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.