Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub - FOTO

    Kateqoriya: Cəmiyyət Tarix: 21-05-2026, 14:00 Baxılıb: 1

     

    “Azərsun Holdinq”in təşkilatçılığı ilə Beynəlxalq çay günü ilə əlaqədar jurnalistlər üçün Masallıya mediatur təşkil olunub. Görüş çərçivəsində media nümayəndələri “Azerçay”ın çay plantasiyalarına baş çəkərək ilin ilk çay yığımı prosesi ilə yaxından tanış olublar.

    Xeberal.com xəbər verir ki, səfər zamanı jurnalistlərə yerli çayçılığın inkişafı istiqamətində görülən işlər, plantasiyalarda tətbiq olunan aqrotexniki üsullarla bağlı məlumat verilib.

    “Sun Tea” çay fabrikinin direktoru Nuriyyə Rəhmanova yağış mövsümünün məhsuldarlığa müsbət təsir etdiyini qeyd edib: “Bugün etibarı ilə bağlarda çay yığımı başlayıb. Bu il məhsuldarlığın daha yaxşı olacağını gözləyirik. Keçən ilə nisbətən təxminən 10-12% artım müşahidə olunacaq”.

    İdari işlər üzrə məsul şəxs Altay Abbasov ilin ilk yığımının başladığını və 22 minə yaxın şitil əkildiyini bildirib: “Keçən illə müqayisədə bu il əkin sahələrimiz də artıb, bununla əlaqədar məhsulun bol olacağını düşünürük”.

    Qeyd edək ki, “Azerçay” məhsulları yerli bazarla yanaşı dünyanın 40-dan çox ölkəsinə ixrac olunur. “Made in Azerbaijan” markasını daşıyan məhsullar beynəlxalq sərgilərdə uğurla təmsil edilir və Azərbaycan çayçılıq ənənələrinin dünyada tanıdılmasına töhfə verir.

     

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.