Bu gündən Azərbaycanda minimum əməkhaqqı artır.
Xeberal.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği yanvarın 1-dən 400 manat müəyyən edilib.
Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən indiyədək 345 manat təşkil edirdi.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41