TƏBİB-dən çağırışçılarla bağlı məlumat

    Kateqoriya: Cəmiyyət Tarix: 21-01-2025, 13:13 Baxılıb: 1

     

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılan vətəndaşlar Hərbi Həkim Komissiyalarının həkim-mütəxəssisləri tərəfindən tibbi müayinələrə cəlb olunurlar.

    Xeberal.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

    "Bu məqsədlə çağırışçılar təyin olunmuş tibb müəssisələrinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq qeydiyyatçıya özlərini təqdim etməlidirlər. Tibb müəssisəsinin qeydiyyatçısı tərəfindən çağırışçının adı e-təbib Xəstəxana İdarəetmə Sisteminin Hərbi çağırışçı modulunda müəyyən olunduqdan sonra tibbi müayinələrin aparılmasına başlanılır. Məlumat üçün bildiririk ki, bu tibbi müayinələr müvafiq qanunvericiliyə uyğun olaraq TƏBİB-in tabeliyində olan və digər dövlət tibb müəssisələri tərəfindən icbari tibbi sığorta hesabına ödənişsiz təmin olunur.

    Bu tibbi müayinələrə elektrokardioqrafiya, flüoroqrafiya, qarın nayihəsinin, böyrəklərin və qalxanabənzər vəzin ultrasəs müayinəsi, qanın ümumi analizi, sidik analizi, Hepatit B, Hepatit C, sifilis və QİÇS xəstəliklərinə görə analizlər, eləcə də narkoloji müayinələr daxildir.

    Müayinə nəticələri hərbi çağırışçı moduluna daxil edildikdən sonra çağırışçılar həkim-mütəxəssislərin baxışından keçirilir, ehtiyac yarandığı halda ixtisaslı müayinələrin aparılması təmin olunur və yekun rəy elektron qaydada imzalanır", - məlumatda bildirilib.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.