Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir - FOTO

    Kateqoriya: Cəmiyyət Tarix: 14-05-2025, 12:22 Baxılıb: 9

     

    Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin birgə tərəfdaşlığı ilə media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir.

    Xeberal.com xəbər verir ki, təlimin keçirilməsində məqsəd media nümayəndələrini müasir kibertəhlükələr barədə məlumatlandırmaq, onların bu təhdidlərə qarşı daha dayanıqlı və hazırlıqlı olmasına töhfə verməkdir.

    Təlimdə Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə, İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ETX-nin rəisi Samir Rəsulov çıxış ediblər. Çıxışlarda media sahəsində baş vermiş mövcud kiberinsidentlər və kiberdayanıqlıq səviyyəsi məsələlərinə toxunulub, eyni zamanda, media subyektlərində İT infrastrukturunun təkmilləşdirilməsi və kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyi önə çəkilib.

    Əllidən çox media subyektinin nümayəndəsinin iştirak etdiyi təlim sessiyalarında müvafiq dövlət qurumlarının aidiyyəti sahə üzrə ekspertləri, həmçinin İsrailin “Technion” Texnologiya İnstitutunun və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimçisi tərəfindən kiberdayanıqlılıq, kiberinsidentlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər, fişinq və sosial mühəndislik texnikaları, media qurumlarının sosial media hesablarının qorunması, təhlükəsizlik üçün tövsiyə olunan bulud xidmətləri kimi media üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunulur.

    Təlim davam edir.

     

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.