Bakının bu ərazisindəki sakinlərə 3 gün vaxt verildi

    Kateqoriya: Cəmiyyət Tarix: 31-10-2025, 09:45 Baxılıb: 7

     

    Bakının Yasamal rayonunda bəzi küçələrdə yaşayan sakinlərə kondisionerlərin sökülməsi ilə bağlı xəbərdarlıq edilib.

    Xeberal.com baku.ws-ə istinadən xəbər verir ki, bu barədə vətəndaşlar tərəfindən müraciət daxil olub.

    Sakinlərin sözlərinə görə, Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən edilən bildirişdə qeyd olunub ki, binaların fasadlarında quraşdırılan kondisioner və başqa quraşdırılmış əşyalar üç gün ərzində sökülməlidir. Əks halda, həmin avadanlıqlar qurum tərəfindən çıxarılacaq.

    "Şəhərimizdə abadlıq işlərinin aparılması ilə əlaqədar olaraq İ.Səfərli küçəsi ilə D.Əliyeva, Vidadi, B.Səfəroğlu, A.Quliyev, H.Aslanov, L.Tolstoy, S.Tağızadə və Nizami küçələrinin kəsişmələrində yerləşən iaşə obyektlərinin, mənzillərin, müəssisə və özəl təşkilatların nəzərinə! Xahiş edirik, iaşə obyektlərinin, mənzillərin, müəssisə və özəl təşkilatların qarşısında və ətrafında Sizin tərəfinizdən quraşdırılmış dəmir maneələri, yağış çardaqları, kondisionerlər və digər avadanlıqları 3 (üç) gün müddətinə sökəsiniz", - deyə Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən göndərilən bildirişdə qeyd olunub.

    Bəzi sakinlər bildirirlər ki, binalarının arxa tərəfinə pəncərələrin açılmadığına görə kondisionerləri yerləşdirmək üçün başqa imkanları yoxdur. Belə olan halda kondisionerlərin sökülməsini istəmirlər. Onlar məsul qurumlardan problemin alternativ həll yollarını nəzərdən keçirməyi xahiş ediblər.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.