Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Kateqoriya: Cəmiyyət Tarix: 8-12-2025, 09:14 Baxılıb: 5

     

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasına səfər çərçivəsində dekabrın 6-da paytaxt Dəkkə şəhərində yerləşən valideyn himayəsindən məhrum olmuş və kimsəsiz qız uşaqları üçün müəssisəni ziyarət ediblər.

    Xeberal.com xəbər verir ki, “Shorkari Shishu Poribar” (Dövlət Uşaq Evi) adını daşıyan bu müəssisənin rəhbərliyi və müəllim-tərbiyəçi heyəti qonaqlara qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Banqladeş Sosial Xidmətlər İdarəsinin nəzdində fəaliyyət göstərən və müxtəlif mənbələrdən könüllü ianələr hesabına maliyyələşən müəssisədə 130-dan çox uşaq daimi əsasda yaşayır. Onlara təhsillə yanaşı, gələcək həyata hazır olmaları üçün peşə təlimləri keçirilir və iş bacarıqları öyrədilir.

    Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaq evinin şəraiti və ehtiyacları, o cümlədən yataqxanası və tədris otaqlarının vəziyyəti ilə tanış olub, müəllim heyəti və uşaqlarla səmimi söhbət ediblər. Onlara Azərbaycan dövlətinin qlobal səviyyədə daim rəhbər tutduğu humanizm prinsipindən çıxış edərək Heydər Əliyev Fondu vasitəsilə müxtəlif ölkələrdə sosial layihələr həyata keçirdiyi barədə məlumat verilib, müəssisə ilə yardım proqramının icrası məsələsi müzakirə olunub.

    Sonda uşaq evinin şagirdləri Azərbaycandan gələn qonaqlar qarşısında Banqladeş xalq mahnılarından və rəqslərindən ibarət proqramla çıxış ediblər.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.