Bu şəhərdə geniş Zəfər Parkı inşa olunacaq

    Kateqoriya: Cəmiyyət Tarix: 12-12-2025, 08:49 Baxılıb: 3

     

    Naxçıvan şəhərinin yeni baş planına uyğun olaraq şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə geniş Zəfər Parkı inşa olunacaq.

    Xeberal.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov şəhid ailələri və qazilərlə görüşündə məlumat verib.

    C.Cəlilov eyni zamanda əlavə edib ki, MR-in rayonlarında memorial abidə komplekslərinin inşası davam etdiriləcək.

    Bununla yanaşı, səlahiyyətli nümayəndə görüşdə bu kateqoriyadan olan ailələrin dövlətin xüsusi qayğısı ilə əhatə olunduğu vurğuyıb.

    Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və tapşırığı ilə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların sosial təminatı və rifahının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür.

    Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə ardıcıl işlər həyata keçirilir.

    Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının davamlı olaraq yüksəldilməsi məqsədilə işçi qrupları yaradılıb. Müvafiq dövlət qurumları ilə birlikdə bütün şəhid ailələri və müharibə iştirakçıları ziyarət olunacaq, onların problemlərinin həlli istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

    Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini icra edən Fərid Bağırzadə isə xatırladıb ki, şəhərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlar, şəhid ailələri və müharibə veteranlarına "DƏSTƏK" Fondu tərəfindən 2023-2025-ci illər ərzində 1 124 halda 1 milyon 800 min 467 manatdan çox vəsait xərclənib.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.