İran İnqilab Keşikçiləri Korpusu ABŞ-nin Bəhreyndəki Hərbi Dəniz Qüvvələrinin donanmasına, Birləşmiş Ərəb Əmirliklərindəki Minhad hərbi bazasına və Küveytdəki hərbi bazasına raket və dronlarla zərbə endirdiyini açıqlayıb.
Xeberal.com xəbər verir ki, bəyanatda Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Hörmüz boğazındakı ABŞ ordusunun sabit və mobil hədəflərinə 26 dron və 5 ballistik raket atıldığı bildirilib. Həmçinin, Küveytin Arifcan şəhərindəki ABŞ hərbi bazasına 12 dron zərbəsi endirilib.
“New York Times” “Planet Labs” tərəfindən əldə edilən peyk görüntülərinə istinadən, ABŞ-nin bölgədəki ən böyük hərbi bazası hesab edilən Bəhreyndəki 5-ci Donanmanın qərargahında yerləşən bir çox binanın tamamilə məhv edildiyini qeyd edib.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41