İran Silahlı Qüvvələri Türkiyə istiqamətində buraxıldığı deyilən raketlə bağlı açıqlama verib.
Xeberal.com xəbər verir ki, İran ordusu Türkiyənin suverenliyinə hörmət etdiklərini və Türkiyə ərazisinə raket atmadıqlarını bəyan edib. Bildirilir ki, Tehran administrasiyası bölgədəki hərbi fəaliyyətin Türkiyəyə yönəlmədiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan atılan və Türkiyə hava məkanına doğru getdiyi aşkar edilən ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlamışdı. Məlumata görə, raket məhv ediləndən sonra qalıqları Hatay vilayətinə düşüb. Hadisədə ölən və ya yaralanan olmayıb.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41