​Dünyanın 10 ən yaxşı gecə klubu – SİYAHI

    Kateqoriya: Dünya Tarix: 23-12-2024, 10:32 Baxılıb: 7

     

    Berlin texno səhnəsi bütün dünyada tanınsa da və hətta YUNESKO-nun mədəni irs siyahısına daxil olsa da, 2024-cü ildən etibarən dünyanın ən yaxşı gecə klubları Almaniyanın paytaxtında yerləşmir.

    Xeberal.com lent.az-a istinadla xəbər verir ki, International Nightlife Associationun son reytinqinə əsasən, İspaniyanın İbiza adasındakı "Hï Ibiza" klubu siyahıya başçılıq edir.

    Texno və elektron musiqi çalınan bu 5000 tutumlu gecə müəssisəsi adanın ən məşhur əyləncə məkanlarından biridir.

    Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ikinci yerdə Braziliyanın Kamboriu şəhərindəki Green Valley klubudur, İbizadakı Ushuaia İbiza isə ilk üçlüyü tamamlayıb.

    Ümumilikdə İspaniyada beş gecə klubu reytinqin ilk 10-luğuna daxil olub. Amma ilk onluğa daxil olan yeganə alman klubu “Bootshaus” Berlində deyil, Kölndə yerləşir – onun yeri dördüncüdür. Bu arada Almaniya paytaxtının klubları arasında dünya şöhrətli Berghain 51-ci yerlə ən yüksək yerdədi.

    2024-cü ildə dünyada ən yaxşı 10 gecə klubu:

    1. Hï İbiza, İbiza, İspaniya

    2. Green Valley, Camboriu, Braziliya

    3. Ushuaïa İbiza, İbiza, İspaniya

    4. Bootshaus, Köln, Almaniya

    5. Echostage, Vaşinqton, ABŞ

    6. E11even, Mayami, ABŞ

    7. Shoko Barselona, Barselona, İspaniya

    8. DC-10, İbiza, İspaniya

    9. Opium Barselona, Barselona, İspaniya

    10. Avant Qardner / The Brooklyn Mirage, Nyu-York, ABŞ

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.