Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə sülh, ticarət və regional əməkdaşlığı müzakirə edib.
Xeberal.com xəbər verir ki, liderlər Türkiyə–Ukrayna ikitərəfli münasibətlərini, Ukrayna–Rusiya müharibəsində sülh axtarışlarını, eləcə də regional və qlobal prosesləri müzakirə edib.
Ərdoğan görüşdə Ukrayna ilə Rusiya arasındakı danışıqlara Türkiyənin dəstəyinin davam edəcəyini, bölgənin daha çox sülh və sabitliyə ehtiyacı olduğunu bildirib.
Türkiyə olaraq Qara dənizdə naviqasiya təhlükəsizliyinə böyük önəm verdiklərini və enerji təchizatı təhlükəsizliyinin vacibliyini qeyd edib. O həmçinin, Türkiyənin Ukrayna ilə qarşılıqlı ticarət dövriyyəsini artırmaqda qətiyyətli olduğunu və bunun üçün lazımi addımların atılmasının davam edəcəyini bildirib.
Türkiyə Prezidenti görüşdə Ukraynanın Körfəz ölkələri ilə münasibətlərini inkişaf etdirməsindən məmnunluğunu da ifadə edib.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
20-12-2025, 14:52
15-12-2024, 12:14
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||