Dərsə gəlməyən tələbəsinin nazir seçildiyini mediadan öyrəndi

    Kateqoriya: Dünya Tarix: 24-12-2024, 10:52 Baxılıb: 6

     

    Suriyada yeni hökumətin baş naziri olan Esaad Həsən Əl-Şiybani ilə bağlı maraqlı fakt üzə çıxıb.

    Xeberal.com xəbər verir ki, Türkiyədə magistr təhsili aldığı və doktoranturasını davam etdirən Şiybaninin müəllimi Hasan Ağsakal onunla bağlı paylaşım edib. Məlum olub ki, Həsən Əl-Şiybani nazir seçilməzdən bir müddət əvvəl dərslərə getməyib. O məsələ ilə bağlı müəllimlərinə xəbər verməyib. Müəllimlər Həsən Əl-Şiybaninin nazir seçildiyini mediadan öyrəniblər. Hasan Ağsakal "Tələbəm Esaad Həsən, onun Suriyanın yeni Xarici İşlər Naziri olduğunu öyrəndim. Onun İndoneziya və Fələstinli sinif yoldaşlarından iki həftədir niyə dərslərə gəlmədiyini soruşdum. Ona, övladlarına, ölkəsinə daimi sülh və əmin-amanlıq arzulayıram” - deyə bildirib.

    Qeyd edək ki, Əş-Şiybani Suriyanın Haseke vilayətində anadan olub. O, 2009-cu ildə Dəməşq Universitetinin Ədəbiyyat və Humanitar Elmlər Fakültəsinin İngilis dili və Ədəbiyyatı fakültəsini bitirib. Hazırda o, Türkiyədə Səbahattin Zaim universitetində təhsilini davam etdirir.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.