ABŞ-nin İrana hücumlarının dəyərinin 50 milyard dollar olduğu iddia edilir.
Xeberal.com xəbər verir ki, bu barədə CBS xəbər agentliyi məsələyə yaxın məmura istinadən belə məlumat yayıb. Bildirilir ki, ABŞ-nin İrana hücumlarının dəyəri ictimaiyyətə açıqlanan rəqəmdən təxminən iki dəfə çoxdur. Məmur bildirib ki, Pentaqon rəsmiləri bu həftə Konqresə verdikləri ifadələrdə əməliyyatın dəyərini təxminən 25 milyard dollar olaraq göstəriblər, lakin bu rəqəm reallığı əks etdirmir.
O qeyd edib ki, Pentaqon rəsmiləri tərəfindən açıqlanan rəqəmlərə zədələnmiş və ya itirilmiş avadanlıqların dəyəri daxil deyil və faktiki rəqəm təxminən 50 milyard dollardır.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
15-12-2024, 12:11
15-12-2024, 12:14
17-12-2024, 10:42
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov