Futbol üzrə dünya çempioantı və ölkədə hökm sürən anomal istilər səbəbindən Meksikada məktəblərin dərs ilini vaxtından xeyli əvvəl başa vuracağı açıqlanıb. Qərara əsasən, bu mövsüm tədris prosesi iyunun 5-də yekunlaşacaq.
Xeberal.com xəbər verir ki, bu qərarı təhsil naziri Mario Delqado açıqlayıb. Nazir bildirib ki, qərarın verilməsində həm son günlər müşahidə olunan güclü istilər, həm də yay aylarında ölkədə keçiriləcək çempionat əsas rol oynayıb. O, bu qərarın qəbulunda havanın iyun və iyul aylarında daha da isinəcəyi ilə bağlı proqnozların rol oynadığını vurğulayıb.
Qeyd edək ki, 2026-cı il dünya çempioantı ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək. Turnir iyunun 11-də başlayacaq və iyulun 19-na qədər davam edəcək. Bu səbəbdən Meksikada həm təhlükəsizlik, həm də logistika baxımından xüsusi hazırlıqlar görülür.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41