Filipin Senatının binasında atəş səslərinin eşidilməsi paytaxt Manilada böyük həyəcana səbəb olub.
Xeberal.com xəbər verir ki, insident Senatın növbəti iclası ərəfəsində baş verib. Məlumata görə, binanın daxilindən ard-arda bir neçə atəş səsi gəlib. Bildirilir ki, təhlükəsizlik protokolları dərhal işə salınıb. Senat binasındakı bütün şəxslər təxliyə edilib, giriş-çıxışlar tamamilə bağlanıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Yerli media atəş açan şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində əməliyyatın davam etdiyini bildirib.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41