İranın Pakistanın vasitəçiliyi ilə ABŞ-yə 14 maddəlik yeni təklif təqdim etdiyi bildirilir.
Xeberal.com xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Təklifdə müharibəyə son qoymaq üçün danışıqlar və ABŞ tərəfinin etimad gücləndirmə tədbirlərinə diqqət yetirildiyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl də İranın ABŞ ilə danışıqlarda vasitəçilik edən Pakistana müharibəyə son qoya biləcək razılaşma təqdim etdiyi bildirilmişdi. ABŞ Prezidenti Donald Tramp İranın təklifini nəzərdən keçirdiyini və onu qəbuledilməz hesab etdiyini ifadə etmişdi.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41