Rusiya Qərbin təhdidlərinə hərtərəfli cavab verəcək - Putin

    Kateqoriya: Dünya Tarix: 17-12-2024, 10:25 Baxılıb: 6

     

    Moskva Qərbin Rusiyaya qarşı təhdidlərinə hərtərəfli cavab verəcək.

    Xeberal.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən Müdafiə Nazirliyinin Direktorlar Şurasının iclasındakı çıxışında belə deyib. İclasda Putinlə yanaşı, müdafiə naziri Andrey Belousov və digər hərbi və siyasi rəsmilər iştirak ediblər. Putin bildirib ki, dünyada hərbi və siyasi vəziyyət qeyri-sabitdir. Putin Yaxın Şərqdə və dünyanın digər yerlərində potensial münaqişələrə diqqət çəkib. Prezidentin sözlərinə görə, Qərb dünya üzərindəki hökmranlığını qorumağa çalışır və ölkələrə öz qaydalarını tətbiq etməyə yönəlmiş siyasət yürüdür. Putin ABŞ-nin Ukraynada münaqişəni davam etdirilməsini təşviq etdiyini ifadə edib.

    Putin NATO-nun Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi infrastrukturunu gücləndirdiyini xatırladıb və Avropadakı ABŞ əsgərlərinin sayının 100 mini keçdiyini qeyd edib. O, həmçinin bildirib ki, Qərb, Asiya Sakit Okean regionunda hərbi varlığını artırmaqla və orada hərbi ittifaqlar yaratmaqla regionda təhlükəsizlik balansını pozub.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.