​İsrailin yaratdığı maneələr aradan qaldırıldı - HƏMAS

    Kateqoriya: Dünya Tarix: 18-01-2025, 09:55 Baxılıb: 4

     

    İsrailin atəşkəs razılaşmasının şərtlərinə əməl etməməsinin yaratdığı maneələr vasitəçilərin səyləri ilə aradan qaldırılıb.

    Xeberal.com xəbər verir ki, bu barədə HƏMAS-dan açıqlama verilib. Məlumata görə, İsrailin atəşkəs razılaşmasının şərtlərinə əməl etməməsi səbəbilə maneələr yaranıb. Açıqlamada deyilir ki, maneələr vasitəçilərin dəyərli səyləri sayəsində həll edilib. Məlumatda maneələrin detalları barədə açıqlama verilməyib. Bəyanatda, Fələstinli qrupların və əhalinin bütün təbəqələrinin iştirakı ilə məhbus mübadiləsinin həyata keçirilməsinin hədəfləndiyi vurğulanıb.

    Qeyd edək ki, İsrail və HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi haqqında razılığa gəliblər. Bu barədə Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani açıqlama vermişdi. Bundan sonra Təl-Əviv HƏMAS şərtlərə əməl etməyənə qədər sənədin təsdiq edilməyəcəyini açıqlamışdı. Lakin ardınca İsrailin təhlükəsizlik kabineti Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasını təsdiqləyib. Sənəd təsdiq üçün hökumətə təqdim edilib.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.