“Bu gün Amerikanın tam bərpasına yol açacaq bir sıra tarixi sərəncamlar imzalayacağam”.
Xeberal.com xəbər verir ki, bu sözləri ABŞ-nin 47-ci Prezidenti Donald Tramp yanvarın 20-də keçirilən andiçmə mərasimində bildirib.
Andiçmə mərasimində Donald Tramp ölkənin yeni prezidenti kimi ilk addımlarını açıqlayıb. O, sərhədlərin möhkəmləndirilməsinə və qeyri-qanuni miqrasiyanın qarşısını almağa dair təşəbbüslərini diqqətə çatdırıb:
“Cənub sərhədimizdə milli fövqəladə vəziyyət elan edəcəyəm. Bu andan etibarən, qeyri-qanuni yollarla ölkəyə girişlər tamamilə dayandırılacaq və milyonlarla cinayətkar elementin öz ölkələrinə qaytarılması prosesinə start veriləcək. Ölkəmiz üçün fəlakətə çevrilmiş bu axını durdurmaq məqsədilə cənub sərhədimizə qoşun göndərəcəyik”, – deyə Tramp vurğulayıb.
Dövlət başçısı həmçinin narkokartellərin “terror təşkilatı” kimi tanınmasına dair fərman imzalamağı planlaşdırdığını açıqlayıb.
12-08-2026, 13:03
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
3-02-2025, 09:02
22-02-2026, 14:53
24-12-2024, 10:55
19-12-2024, 10:41
25-12-2024, 16:20
14-05-2025, 12:10
10-12-2025, 09:46
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov