Tramp Putinlə razılaşdı - Müharibə bitməlidir

    Kateqoriya: Dünya Tarix: 13-02-2025, 10:18 Baxılıb: 9

     

    ABŞ Prezidenti Donald Tramp sosial media hesabında rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı ilə bağlı açıqlama verib.

    Xeberal.com xəbər verir ki, Putinlə məhsuldar telefon danışığı keçirdiyini və ortaq sahələrlə bağlı bir çox mövzunu müzakirə etdiklərini bildirən Tramp, ABŞ və Rusiya arasında birgə çalışmanın hər iki ölkəyə fayda verəcəyini bildirib. Tramp bildirib ki, tərəflər Ukraynada müharibəni yekunlaşdırmaq istəyir. Tramp “Rusiya-Ukrayna müharibəsində milyonlarla ölümü dayandırmaq istəyirik, bunu hər ikimiz etməyə razılaşdıq. Biz bir-birimizlə görüşmək də daxil olmaqla, çox yaxından işləmək barədə razılığa gəldik. Biz həmçinin razılaşdıq ki, komandalarımız dərhal müharibənin dayandırılması üçün danışıqlara başlayacaq və biz bunu Ukrayna Prezidenti Vladimir Zelenskiyə zəng etməklə başlayacağıq", - deyə bildirib.

    Tramp qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda ABŞ dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, milli təhlükəsizlik müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff iştirak edəcək.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.