Avropanın təhlükəsizliyini Türkiyə olmadan təsəvvür etmək olmaz - Ərdoğan

    Kateqoriya: Dünya Tarix: 4-03-2025, 11:32 Baxılıb: 8

     

    Türkiyənin Avropa Birliyinə üzvlük prosesini strateji prioritet hesab edirik.

    Xeberal.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Avropanın təhlükəsizliyini Türkiyə olmadan təsəvvür etmək olmaz. Ərdoğanın sözlərinə görə, Türkiyənin daxil olmadığı Avropanın qlobal aktyor olaraq varlığını davam etdirməsi getdikcə qeyri-mümkün hala gəlir. Ərdoğan bəyan edib ki, qlobal qərar vermə mexanizmlərinin dünyanın dəyişən şərtlərinə uyğunlaşmasının vaxtı çoxdan çatıb.

    Ərdoğan, “Dünya əhalisinin dörddə birini təşkil edən müsəlmanlar artıq qərarvermə proseslərində layiq olduqları şəkildə təmsil olunmalıdırlar. Biz tənqid olunsaq da, doğrunu, həqiqəti və bütün bəşəriyyət üçün ən yaxşı olanı söyləməkdən heç vaxt çəkinməmişik.Həmsöhbətlərimə bir daha xatırlatmaq istəyirəm ki, ilk qibləmiz olan Məscidül-Əqsa bizim qırmızı xəttimizdir” - deyə bildirib.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.