ABŞ Yəmənin paytaxtı Səna və Marib şəhərinə hava hücumu təşkil edib.
Xeberal.com xəbər verir ki, bu barədə Yəməndə İranın dəstəklədiyi husilər açıqlama veriblər. Husilərə məxsus Əl-Məsirə televiziyasında yayımlanan xəbərdə bildirilir ki, Sənanın Əl-Hisn bölgəsindəki Hurub kəndi və Maribin Məczar bölgəsinə 4 hava zərbəsi endirilib. Kanalın əvvəlki xəbərində ABŞ təyyarələrinin Hudeydanın Et-Tuheyta bölgəsinə 25, Maribin Məczar bölgəsinə isə 2 hücum təşkil etdiyi paylaşılmışdı. Hücumlardan sonra itkilər barədə məlumat verilməyib. ABŞ hücumlarla bağlı açıqlama verməyib.
Qeyd edək ki, bundan əvvəl husilər ABŞ-nin Yəməndə quru əməliyyatına hazırlaşdığını iddia ediblər. Husi hökumətinin xarici işlər naziri Camal Amir bildirib ki, bu addım gərginliyi daha da artıracaq.
12-08-2026, 13:03
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
3-02-2025, 09:02
22-02-2026, 14:53
24-12-2024, 10:55
19-12-2024, 10:41
25-12-2024, 16:20
14-05-2025, 12:10
10-12-2025, 09:46
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov