Qara dənizdə ekoloji fəlakət baş verir

    Kateqoriya: Dünya Tarix: 19-12-2024, 10:16 Baxılıb: 3

     

    Kerç boğazında fırtına nəticəsində batan tankerdən sızan yanacaq Qara dəniz sahilini qara rəngə boyayıb.

    Xeberal.com xəbər verir ki, parçalanan tankerdən yanacaq sızması səbəbindən Qara dənizdə ekoloji fəlakət baş verir. Rusiya tərəfi sızıntıları təmizləmək üçün işlərini davam etdirir. Sahili örtən neft xüsusi texnika ilə yığılır. Mütəxəssislər sızıntının dəniz canlılarına və ətraf mühitə zərər verə biləcəyindən narahatdırlar. Məlumata görə, fırtına iki gəmiyə ciddi ziyan vurub və fəsadlardan sonra yardım çağırılıb. Məlumata görə, fırtınadan sonra iki tanker batıb, yanacaq daşıyan tankerlərdən biri yarıya bölünüb. Rusiya bayrağı daşıyan üçüncü tanker də fırtına ilə bağlı yardım çağırıb. Əraziyə xilasedicilər cəlb edilib. Fəlakət nəticəsində azı bir dənizçi həyatını itirib. Fəlakətin təbiətə vurduğu ziyan hava şəraiti və gəmilərin batmış vəziyyətinə görə hələ də ölçülməyib.

    Gəmilərdəki yanacaq yayılarsa, bunun geniş ərazidə dəniz orqanizmlərinə böyük ziyan vuracağı deyilir. Bildirilir ki, müdaxilə edilməsə axan neft Türkiyə sahillərinə çata bilər.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.