ABŞ-da Dövlət Departamentinə qarşı iddia qaldırıldı

    Kateqoriya: Dünya Tarix: 19-12-2024, 10:19 Baxılıb: 10

     

    ABŞ-da "Leahy aktı"nı pozaraq İsrailə dəstək verdiyi iddia edilən Dövlət Departamentinə qarşı iddia qaldırılıb.

    Xeberal.com xəbər verir ki, "Leahy Aktı" insan hüquqlarının pozan ölkələrə yardım göstərməyi qadağan edir. Bildirilir ki, ABŞ mərkəzli Ərəb Dünyası üçün İndi Demokratiya təşkilatının açıqlamasına görə, iddia Fələstin əsilli amerikalıların dəstəyi ilə onlar tərəfindən irəli sürülüb. Bəyanatda deyilir ki, İsrail işgəncə, mülki şəxslərə qarşı qəsdən hücumlar təşkil etmək kimi insan haqları pozuntuları həyata keçirib. Açıqlamaya görə, "Leahy aktı"nın bütün ölkələrə bərabər şəkildə tətbiq edilməsi məcburidir. ABŞ Dövlət Departamentinin isə qanuna əməl etmədiyi irəli sürülür. Bundan əlavə, bəyanatda İsrailin soyqırım, mülki əhalinin öldürülməsi, qida, su kimi əsas ehtiyaclardan məhrum edilməsi kimi cinayətlər törətdiyi qeyd edilib.

    Qeyd edək ki, 1997-ci ildə ABŞ-da qəbul edilən "Leahy aktı" ABŞ-ın insan hüquqlarının pozulmasında iştirak edən xarici qüvvələrə yardım göstərilməsini qadağan edir.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.