Xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü barədə sosial media hesabında açıqlama verib.
Xeberal.com xəbər verir ki, o, bildirib ki, gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib. Diplomat görüşün dünya üçün sülh baxımından mühüm görüş olduğunu ifadə edib. Hakan Fidanın sözlərinə görə, tərəflər etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfərin mübadiləsi barədə razılıq əldə ediblər.
Tərəflər həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə bir-birilərinə təqdim etməyə razılaşıblar. Hakan Fidan bəyan edib ki, Rusiya və Ukrayna yenidən görüşmək barədə razılığa gəliblər.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41