İspaniya saxta xəbərlərlə mübarizə aparmaq üçün qanun hazırladı

    Kateqoriya: Dünya Tarix: 19-12-2024, 10:22 Baxılıb: 6

     

    İspaniya sosial media və rəqəmsal platformalarda saxta xəbərlərlə mübarizə aparmaq üçün qanun layihəsi hazırlayıb.

    Xeberal.com xəbər verir ki, bu barədə İspaniyanın solçu hökuməti açıqlama verib. Açıqlamaya görə, yeni tənzimləmə yalan və ya çaşdırıcı məlumatların ictimaiyyət tərəfindən korreksiyasını tələb edir. Həmçinin layihə saxta xəbərlər mübarizəyə sosial media fenomenlərinin cəlb edilməsini nəzərdə tutur. Məlumata görə, qanun layihəsi bir platformada 100 mindən çox və ya birdən çox platformada ümumilikdə 200 min izləyicisi olan istifadəçiləri əhatə edir. Bu şəxslər və onların istifadə etdiyi platformalar vətəndaşların dezinformasiyaya düzəliş tələb etmələrini asanlaşdıran mexanizm təklif etməli olacaq. Məqsəd saxta xəbərlərin yayılmasının qarşısını almaqdır. Qanun layihəsi hökumətin başlatdığı “demokratik yeniləşmə” planının bir hissəsidir.

    Planın məqsədi saxta xəbərlərin siyasi məqsədlər üçün istifadə edilməsinə, baş nazir Pedro Sançesi və ailəsini hədəf almasına qarşı tədbir görməkdir. Qanun layihəsi parlamentə təqdim edilməzdən əvvəl məsləhətləşmə prosesindən keçəcək. Qanun parlamentdə qəbul ediləndən sonra qüvvəyə minəcək.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.