Əvvəlcə Allaha, sonra Türkiyəyə güvənməli olduğumuzu öyrəndik - Necib Mikati

    Kateqoriya: Dünya Tarix: 19-12-2024, 10:43 Baxılıb: 5

     

    Türkiyə Livana tarix boyunca çətin dövrdə dəstək verən ölkə olub. Əvvəlcə Allaha, sonra Livanın dostlarına və xüsusilə Türkiyəyə güvənməli olduğumuzu öyrəndik.

    Xeberal.com xəbər verir ki, Türkiyədə səfərdə olan Livanın Baş naziri Necib Mikati Prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında belə deyib. Türkiyənin Livana və xalqına duyğularına görə təşəkkürünü bildirən Mikati, Türkiyənin Livana dəstəyindən danışıb. Onun sözlərinə görə, Türkiyə həmişə olduğu kimi, böhran olan vaxtda da Livanla yaxından maraqlanıb. Mikati Livanın İsrailin hücumlarına məruz qaldığı dövrdə xüsusilə humanitar və siyasi dəstəyə görə Türkiyəyə təşəkkür edib. Mikati, ölkəsinin İsrailin hücumları nəticəsində ciddi iqtisadi, sosial və ekoloji ziyana məruz qaldığını və bu hücumların hələ də davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, İsrail atəşkəs rejiminə və atəşkəs razılaşmasında göstərilən məsələlərə əməl etmir.

    Necib Mikati Suriyadakı hadisələrə diqqət çəkərək, İsrailin regiondakı hücumlarının dayandırılması üçün təzyiq edilməsinin vacibliyini vurğulayıb.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.