Zelenski sülh danışıqları üçün Almaniyadadır

    Kateqoriya: Dünya Tarix: 15-12-2025, 09:11 Baxılıb: 4

     

    Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib.

    Xeberal.com Azərtac-a istinadən xəbər verir ki, “Zeit” nəşri Almaniya Kansleri Fridrix Mertsin öz ofisində Ukrayna Prezidenti ilə görüşdüyünü yazıb.

    Dekabrın 15-də Kansler Fridrix Merts və Prezident Volodimir Zelenski, Avropanın bir sıra dövlət və hökumət başçıları, o cümlədən Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, eləcə də Avropa İttifaqının və NATO-nun yüksəkvəzifəli rəsmiləri Berlində sülh danışıqlarına dair görüşdə iştirak edəcəklər. ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkof və Cared Kuşner də görüşdə iştirak etmək üçün Berlinə gəliblər.

    Berlin ABŞ-ın 28 maddəlik sül planının açıqlanmasından sonra ilk dəfə danışıqların mərkəzi kimi çıxış edir. Bu danışıqlar Avropa üçün sülh müzakirələrində fəal rol almaq baxımından önəmlidir. Bununla da, Avropa prosesdə yenidən fəal iştirakını təsdiqləmiş olur. Almaniya Kansleri Fridrix Merts dəfələrlə vurğulayıb ki, avropalılar sülh danışıqlarının bir hissəsi olmalıdır. O, bir neçə gün əvvəl NATO-nun Baş katibi Mark Rutte ilə Berlində keçirilən görüşdən sonra mətbuata açıqlamasında Avropanın iştirakı olmadan hər hansı sülh razılaşmasının mümkünsüzlüyünü ifadə etmişdi.

    Ukrayna Prezidenti isə Berlin görüşü ərəfəsində açıqlamasında kompromislərə açıq olduğunu, ölkəsinin NATO üzvlüyündən imtina etməsinin əvəzində ABŞ-dan və Avropadan təhlükəsizlik təminatları gözlədiyini ifadə edib.

    Sabah, həmçinin 8-ci Almaniya-Ukrayna İqtisadi Forumu da keçiriləcək. Fridrix Merts və Volodimir Zelenskinin qatılacaqları Forumda xüsusilə ikitərəfli iqtisadi əlaqələr və bu əməkdaşlığın Ukraynanın dəstəklənməsində rolu müzakirə olunacaq.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.