Alimlər Bermud adaları sahillərində dünyada misli görünməmiş kəşfə imza atıblar.
Xeberal.com xəbər verir ki, okean qabığının altında təxminən 20 kilometr qalınlığında qaya təbəqəsi kəşf edilib. Məlumata görə, bu kəşf, 31 milyon ildir vulkanik aktivlik müşahidə edilməyən adanın niyə suyun üzərində qalmasının səbəbini ortaya çıxara bilər. Tədqiqatçıların sözlərinə görə, mantiya təbəqəsi normalda birbaşa okean qabığının altında yerləşsə də, Bermud adaları sahillərində tektonik lövhənin içərisində əlavə bir qaya təbəqəsi var. Alimlər hesab edir ki, bu struktur aşağı sıxlığına görə okean dibini yuxarıda saxlayır. Mütəxəssislərin fikrincə, bu təbəqə milyonlarla il əvvəl vulkanik fəaliyyət zamanı mantiya materialının yer qabığına yerləşib donmasıyla əmələ gəlmiş ola bilər.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
20-12-2025, 14:52
15-12-2024, 12:14
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||