Qəzzada bir milyondan çox insan kəskin ərzaq təhlükəsizsizliyi ilə üz-üzədir

    Kateqoriya: Dünya Tarix: 21-12-2025, 15:17 Baxılıb: 4

     

    Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı qurumların hazırladığı İnteqrə olunmuş Ərzaq Təhlükəsizliyinin Faza üzrə Təsnifatı (IPC) hesabatında bildirilir ki, Qəzzada son dövrlərdə müəyyən yaxşılaşmalar müşahidə olunsa da, ən azı 1,6 milyon insan 2026-cı ilin aprel ayının ortalarınadək yüksək səviyyəli kəskin ərzaq təhlükəsizsizliyi ilə üz-üzə qalmaqda davam edəcək.

    Xeberal.com xəbər verir ki, hesabatda qeyd olunur ki, mövcud dövrdə IPC mərhələlərinə əsasən, bu 1,6 milyon nəfərin 1,03 milyonu “böhran” mənasını verən 3-cü mərhələdə, 571 mini “fövqəladə vəziyyət” adlandırılan 4-cü mərhələdə, 1 900 nəfəri isə “qıtlıq” anlamına gələn 5-ci mərhələdə yer alır.

    Ümumi vəziyyətin hələ də “kritik” olduğu vurğulanır.

    IPC hesabatında həmçinin Qəzza zolağı üzrə 2025-ci ilin oktyabrından 2026-cı ilin oktyabrınadək 6–59 aylıq uşaqlar arasında təxminən 101 min kəskin qidalanma çatışmazlığı halının qeydə alınacağı proqnozlaşdırılır. Onlardan 31 mininin ağır vəziyyət olacağı gözlənilir.

    Bundan başqa, 37 min hamilə və süd verən qadının təcili qida dəstəyinə ehtiyac duyacağı təxmin edilir.

    Eyni zamanda, yenidən hərbi toqquşmaların başlaması və humanitar yardımın dayandırılması kimi ən pis ssenari baş verərsə, Qəzza zolağının bütövlükdə 2026-cı ilin aprel ayının ortalarınadək qıtlıq riski ilə üzləşə biləcəyi vurğulanır.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.