Azərbaycanda tanınmış iş adamı həbs olundu - FOTO

    Kateqoriya: Gündəm Tarix: 30-01-2026, 12:43 Baxılıb: 5

     

    Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub.

    Xeberal.com Report-a istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən "Azəri koperasiyyası" MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.

    Bu səbəbdən o, tanışları - İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.

    Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı imişlər.

    Bundan xəbərdar olan qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməsi və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib.

    Nəticədə Tehran Lətifov və digərləri saxlanılıb.

    Onlara Cinayət Məcəlləsinin 234.4.3, 234.4.1-ci (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi), 296.2 ci-(şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham verilib.

    Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında Binəqədi rayon Məhkəməsi tərəfindən Tehran Lətifov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

     

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.