Bu nazirlər Ceyhun Baramova zəng etdi

    Kateqoriya: Gündəm Tarix: 9-03-2026, 10:50 Baxılıb: 4

     

    Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

    Xeberal.com xəbər verir ki, XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumları ətrafında fikir mübadiləsi aparıblar.

    Azərbaycan tərəfi bu cür hücumların ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım olduğunu vurğulayıb və yaranmış vəziyyətlə bağlı görülən tədbirlər barədə məlumat təqdim edib.

    Nazir Əhməd Attaf mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib, gərginliyin artmasının yolverilməz olduğunu bildirib və problemlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini qeyd edib. Əlcəzair naziri ölkəmizlə həmrəyliyini ifadə edib.

    Telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini də müzakirə ediblər.

    Həmçinin Bolqarıstan Respublikasının xarici işlər naziri Nadejda Neynski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Nazirlər son günlər regionda yaranmış təhlükəsizlik vəziyyəti, o cümlədən Iran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron ilə hücumları barədə barədə müzakirə aparılıb.

    Nazir Nadejda Neynski hücumları pisləyib, vəziyyətlə bağlı narahatlığını ifadə edib, regional sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib.

    Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Bolqarıstan arasında mövcud ikitərəfli əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Enerji təhlükəsizliyi, regional bağlantılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.