Əli Əsədov qərar imzaladı

    Kateqoriya: Gündəm Tarix: 28-04-2026, 08:49 Baxılıb: 3

     

    Ölkəyə idxal edilən bəzi yanacaq növləri üzrə aksiz dərəcələri dəyişdirilib.

    Xeberal.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən verilib.

    Qərara əsasən, mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) və dizel yanacağı üzrə aksiz dərəcələri yenilənib. Belə ki, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və oktan ədədi 95-dən az olan benzinlər, eləcə də qurğuşun miqdarı 0,013 q/l-dən çox olan analoji benzinlər üçün aksiz dərəcəsi 1 ton üçün 200 manat müəyyən edilib.

    Eyni zamanda, digər qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 1 ton üçün 80 manat təşkil edir.

    Bununla yanaşı, qərara əsasən 2026-cı il mayın 1-dən 2027-ci il martın 31-dək olan dövrdə qeyd olunan yanacaq növləri üzrə aksiz dərəcəsi müvəqqəti olaraq 1 ton üçün 1 manat səviyyəsində tətbiq ediləcək.

    Sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) həmin dövrdə idxal edəcəyi Aİ-92 markalı benzin və dizel yanacağı üçün yuxarı hədd də müəyyənləşdirilib. Belə ki, idxal həcmi müvafiq olaraq benzin üzrə 205 min ton, dizel yanacağı üzrə isə 201 min ton səviyyəsində müəyyən olunub.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.