Bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır - Prezident

    Kateqoriya: Gündəm Tarix: 10-05-2026, 10:52 Baxılıb: 2

     

    Torpaqlar işğaldan azad olunandan sonra ilk göstərişlərdən biri həmin ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılması olub.

    Xeberal.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Şükürbəyli sakinləri ilə söhbət zamanı deyib.

    "Hər dəfə, hər il əkin-biçin mövsümündən sonra arayış alıram və baxıram taxılçılığın inkişafı nə qədərdir", - Prezident bildirib və əlavə edib ki, ölkə üzrə taxılçılıq inkişaf edir.

    Azərbaycan Prezidenti Qarabağ torpağının münbitliyi, buna baxmayaraq məhsuldarlığın az olması haqqında da danışıb:

    "Çünki burada məsələn, torpaq çox münbitdir, siz də yaxşı bilirsiniz, çox məhsuldardır. Mənə indi izahat verilir ki, özü də xarici mütəxəssislər o cümlədən, ermənilər bu torpağı o qədər əziblər, o qədər qaydasız istismar ediblər ki, bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır. Ona görə də burada necə ki, bizim bütün təbii sərvətlərimizi talayıblar, istismar ediblər, torpağımızı da demək olar ki, böyük dərəcədə bərbad vəziyyətə salıblar.

    Ona görə indi müasir aqrotexniki tədbirlər, müasir suvarma sistemləri və kənd təsərrüfatının inkişafı ilə bağlı ümumi strategiyamız əsasında bu torpaqları canlandırmaq lazımdır. Çünki siz də yaxşı bilirsiniz ki, Azərbaycanın bir çox bölgələrində çox münbit torpaqlar var, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda. Sovet vaxtında burada üzümçülüyü yəqin ki, xatırlayırsınız".

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.