Araz Əhmədov girovluqdan belə azad edilib

    Kateqoriya: Gündəm Tarix: 14-05-2026, 10:07 Baxılıb: 1

     

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla bağlı sensasiyalı fakt üzə çıxıb.

    Xeberal.com Yenisabah.az-a istinadən xəbər verir ki, icra başçısı vaxtilə Dövlət Sərhəd Xidmətinin Şəmkir istiqamətində yerləşən sərhəd zastavasında dəstə komandiri vəzifəsində çalışarkən, tabeçiliyi altında olan zabitlərdən biri qaçaqmalçılar tərəfindən girov götürülür.

    A.Əhmədov zabiti xilas etmək müxtəlif tədbirlərə əl atsa da, cəhdləri uğursuz olur.

    Keçmiş zabitin bildirdiyinə görə, vəziyyətin çıxılmaz olduğunu görən A.Əhmədov çox ağır, lakin qəhrəmanlıq nümunəsi sayılacaq bir qərar qəbul edir. O, öz zabitinin həyatını xilas etmək üçün şəxsi təhlükəsizliyini düşünmədən özünü girov kimi təklif edir. Yəni qaçaqmalçılarla aparılan danışıqlar nəticəsində zabit azad edilir, əvəzində isə komandir özü girov qalır.

    Hadisənin bir çox detalları bu gün də ictimaiyyətə açıqlanmır. Bunun səbəbi isə əməliyyat sirrləri və dövlət təhlükəsizliyi ilə bağlı məqamların olmasıdır. Lakin məlum olan budur ki, sonradan həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçı zərərsizləşdirilir və A.Əhmədov girovluqdan azad olunur.

    Qeyd edək ki, 1963-cü il təvəllüdlü A.Əhmədov ehtiyatda olan təhlükəsizlik xidməti general-mayorudur. / yenisabah.az

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.