Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndə heyəti ölkəmizə səfər edib.
Bu barədə Xeberal.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, HHQ-də keçirilən görüşdə ölkələr arasında digər sahələrdə olduğu kimi, hərbi aviasiya və hava hücumundan müdafiə üzrə əməkdaşlıqların da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığının cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.
Qeyd edək ki, səfərin başlıca məqsədi hər iki ölkənin HHQ-ləri arasındakı əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
12-08-2026, 13:03
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
3-02-2025, 09:02
22-02-2026, 14:53
24-12-2024, 10:55
19-12-2024, 10:41
25-12-2024, 16:20
14-05-2025, 12:10
10-12-2025, 09:46
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov