“Mən çıxmışam...” – İbrahim Cəfərovun ziddiyyətli açıqlaması diqqət çəkdi

    Kateqoriya: Gündəm Tarix: 14-05-2026, 17:31 Baxılıb: 7

     

    XEBERAL.COM olaraq 12 May – Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən tədbirlə bağlı xəbər hazırlayarkən institutun direktoru İbrahim Cəfərov ilə əlaqə saxladıq. Lakin danışıq zamanı səslənən fikirlər və sonradan dəyişdirilən açıqlamalar maraqlı məqamları ortaya çıxardı.

    İbrahim müəllim ilkin söhbətdə institutda artıq fəaliyyət göstərmədiyini, işdən çıxdığını bildirdi. Bu məlumat tərəfimizdən təəccüblə qarşılandı. Çünki məlum olduğu kimi, İbrahim Cəfərov 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən uzaqlaşdırıldıqdan sonra kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunub və hazırda da həmin vəzifədə fəaliyyət göstərir.

    Məhz buna görə “işdən çıxmışam” açıqlaması suallar yaratdı. Daha sonra vatsab yazışmasında isə tam fərqli fikir səsləndirildi: “Mən 3 il əvvəl çıxmışam, indi yox...”

    Burada diqqət çəkən əsas məqam açıqlamaların bir-birini təkzib etməsidir. Əgər söhbət Azərbaycan Dövlət Aqrar Universitetindən ayrılmaqdan gedirdisə, bunu ilk danışıqda konkret şəkildə ifadə etmək mümkün idi. Lakin ilkin formada səsləndirilən fikir tamam başqa məna yaratdı və sonradan dəyişdirilməyə çalışıldı.

    Maraqlıdır ki, mövzu rektorluq məsələsinə gəlib çatdıqdan sonra açıqlamanın tonu dəyişdi. Görünür, müəyyən məqamların gündəmə gələcəyini anlayan tərəf vəziyyəti yumşaltmağa üstünlük verdi.

    XEBERAL.COM hesab edir ki, ictimai vəzifə daşımış şəxslər media ilə ünsiyyətdə daha dəqiq və məsuliyyətli olmalıdır. Çünki jurnalistə verilən ziddiyyətli məlumat sonradan həm ictimaiyyətdə çaşqınlıq yaradır, həm də medianın işinə kölgə salır.

    Bir məsələ isə dəyişmir: deyilən söz qeydə alınır və ictimaiyyət hər açıqlamanın arxasında duran həqiqəti görmək istəyir.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.