"Dünyada bir milyard insan qanunsuz tikililərdə yaşayır" - BMT rəsmisi

    Kateqoriya: Gündəm Tarix: 20-05-2026, 11:29 Baxılıb: 2

     

    “UN-Habitat-ın qiymətləndirmələrinə görə, hazırda dünyada təxminən bir milyard insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır”.

    Xeberal.com un müxbirinin verdiyi məlumata görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü gününün 13-cü sessiyası çərçivəsində bildirib.

    Onun sözlərinə görə, UN-Habitat üçün bu proseslərin daha dərindən öyrənilməsi olduqca vacibdir. Çünki dünyanın müxtəlif regionlarında qeyri-rəsmi yaşayış məntəqələri fərqli formalarda mövcuddur:

    “Bu sahədə böyük müxtəliflik mövcuddur və bizim üçün fərqli yanaşmaları anlamaq, hökumətlərin bu problemləri necə həll etdiyini izləmək kritik əhəmiyyət daşıyır. Maliyyələşmə isə, şübhəsiz ki, bu müzakirələrin ən vacib aspektlərindən biridir. Bu sessiya mənim üçün xüsusilə önəmlidir”.

    A.Rossbax qeyd edib ki, onun bu sahədəki şəxsi təcrübəsi doğma ölkəsi Braziliyada illərlə apardığı fəaliyyətə, eləcə də "Slum Dwellers International" təşkilatında qlobal səviyyədə gördüyü işlərə əsaslanır. O bildirib ki, fəaliyyəti boyunca həm təşkilatlanmış icmalar, həm də bu sahəyə investisiya yatıran dövlətlərlə əməkdaşlıq edib.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.